Keçmiş məhkum maşından pul və telefon oğurladı

Bakıda maşından külli miqdarda pul və telefon oğurlanıb.

Avtoyuma məntəqəsindən maşın qaçırıldı

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində "Toyota" markalı avtomobildən 3000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev müəyyən olunaraq saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31