Kürdəmirdə AĞIR QƏZA: ölənlər və xəsarət alanlar
28 Oktyabr 2023 22:55 HadisəKürdəmirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.
Olaylar.az report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-2106" markalı avtomaşınla toqqaşıb.
Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31