Sumqayıtda köhnə zavodda YANĞIN - Bir nəfər... - FOTO

Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, yanğın zamanı mühafizəçi xəqani Məmmədov tüstüdən zəhərlənib. Ona yerində ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31