Bakıda 7 nəfər liftdə qaldı - Köməyə FHN gəldi
27 Oktyabr 2023 12:44 HadisəÖtən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində 3 halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
Olaylar.az FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-i uşaq olmaqla 7 nəfərə müvafiq köməklik göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31