Kürdəmir və Neftçalada qanunsuz tikililər sökülüb - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Olaylar.az-a verilən məlumata görə, Kürdəmir rayonunun Ucarlı kəndi və Neftçala şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Kürdəmir və Neftçalada qanunsuz tikililər sökülüb (FOTO/VİDEO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31