Bakıda küçədə kişi müəmmalı vəziyyətdə öldü - FOTO
25 Oktyabr 2023 10:18 HadisəBakının Yasamal rayonunda küçədə meyit tapılıb.
Olaylar.az xəbər verir ki, kişi meyiti Akim Abbasov küçəsində aşkarlanıb.
Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimi Malik Mehdiyev bildirib ki, ölən şəxsin yalnız üz nahiyyəsində şişkinlik var.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Meyit morqa təhvil verilib.
Ölümün səbəbləri Yasamal Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.APA-

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31