5 və 6 yaşlı uşaqları maşın vurub öldürdü - FOTO
24 Oktyabr 2023 11:28 HadisəBakıda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.
Olaylar.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 15:50 radələrində Suraxanı rayonu Zığ qəsəbəsində İsgəndər Ədilov idarə etiyi "Kia Rio" markalı avtomobillə 2017-ci il təvəllüdlü Abdulhəlim Musayevi vurub. Ağır xəsarətlər alan 6 yaşlı oğlan xəstəxanaya aparılarkən yolda ölüb.
Oxşar hadisə Şəmkir rayonunda da baş verib. Dünən saat 13 radələrində Sabirkənd kəndi ərazisində Əvəz Mustafayev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2018-ci il təvəllüdlü Sahil Məmmədovu vurub. 5 yaşlı uşaq hadisə yerində həyatını itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31