Daxili İşlər Nazirliyindən NÖVBƏTİ xəbərdarlıq - VİDEO
24 Oktyabr 2023 11:20 HadisəFırıldaqçılar indi də bu üsula əl atırlar.
Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, bəzi dələduzlar vətəndaşlara sms və ya sosial şəbəkə üzərindən bildirişlər göndərərək onları uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı barədə təhdid edirlər.
Daxili İşlər Nazirliyi belə dələduzların qurbanı olmamaq üçün vətəndaşlara xəbərdarlıq edib.
Nazirliyin əməkdaşı Nurlan Əliyev deyir ki, araşdırmalarla müəyyən edilib ki, həmin sms-lər vətəndaşlara xarici ölkələrdən göndərilir. Xarici polis təşkilarlarının adından istifadə edilməklə törədilən bu cür dələduzluq əməlləri insanların pul vəsaitinin və ya bank kartlarının ələ keçirilməsinə hesablanıb.
Nurlan Əliyev deyir ki, belə halla rastlaşan şəxslər dərhal "102" Xidmətinə məlumat versinlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31