Bakıya təcili eniş edən Toronto-Dehli təyyarəsi Hindistana yola salınıb
23 Oktyabr 2023 21:36 Hadisə"Air Canada" aviaşirkətinin Toronto-Dehli reysini yerinə yetirən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən təyyarəsinin sərnişinləri təyinat məntəqəsinə digər reys ilə yola salınıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, təyyarə yerli vaxtla saat 19:21-də Bakı hava limanından uğurla Dehliyə yola düşüb.
Qeyd edək ki, Bakı aeroportu bütün növ təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və hər cür hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31