Bu gün bir sıra media resurslarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin vəzifəsindən azad olunacağı ilə bağlı xəbər yayılıb. Nazir Tapdıq Əliyevin vəzifəsindən tezliklə azad ediləcəyi qeyd edilib.
Olaylar.az xəbər verir ki, iqtisadiyyat naziri Tapdıq Əliyev məlumatı təkzib edib.
"Mən hazırda işimin başındayam. Öz vəzifəmi icra edirəm. Bunu kim deyib sizə? Mənimlə bu barədə söhbət olmayıb. Belə məlumatlar dezinformasiyadır."
