Tovuzda zəncirvari qəza - FOTO

Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun girişində "ASAN xidmət" mərkəzinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan "Hyundai", "KİA" və "Mitsubusi" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Tovuzda zəncirvari qəza (FOTO)
Tovuzda zəncirvari qəza (FOTO)

Tovuzda zəncirvari qəza (FOTO)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31