Şəmkirdə ağır QƏZA: yaralılar var

Şəmkir rayonu Qasımalılar kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Olaylar.az report-a istinadən xəbər verir ki, "VAZ-2106" markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində sürücü - 2004-cü il təvəllüdlü Sənan Quliyev, sərnişinləri, 2003-cü il təvəllüdlü Bayram Məmmədov və həmyaşıdı Rüfət Uğurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlardan birinin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31