Azərbaycanda zəlzələ oldu

Azərbaycanda 3,1 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:37-də Şamaxı və Qobustan rayonlarının sərhəddində qeydə alınıb. Zəlzələ 2 km dərinlikdə olub.

Yeraltı təkanlar hiss olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31