Minalı əraziyə daxil olmaq istəyən 8 nəfər saxlanıldı - FOTO
16 Oktyabr 2023 18:54 HadisəMinalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanılıb.
Olaylar.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.
Oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.
Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31