Göyçayda ağır qəza - Ölən və yaralananlar var

Göyçayda ölümlə nəticələnən qəza olub.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Bakıdakı qəzada ölənlərdən biri sabiq rəis müavini imiş

Qeyd edilib ki, oktyabrın 16-sı saat 08 radələrində Göyçay rayonunun Yeniarx kəndi ərazisində 1953-cü il təvəllüdlü Ucar rayon sakini Mürsəl Abdullayevin idarə etdiyi "VAZ-21015" və İlfan Dovudovun idarə etdiyi "Mercedes" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan "VAZ"-ın sürücüsü, eləcə də, digər iki sərnişini - 1992-ci il təvəllüdlü Zamiq Həmidov və 2004-cü il təvəllüdlü Elvin Əhmədov xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq Mürsəl Abdullayev xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31