Saatlıda yol nəqliyyat hadisəsi baş verib
16 Oktyabr 2023 08:10 HadisəOlaylar.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlıda toydan qayıdan ailələr avtomobil qəzasına düşüb, 5 nəfər xəsarət alıb
Hadisə Saatlı rayonunun Orta Muğan kəndində qeydə alınıb. "KİA Sorento" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 5 nəfər-Saatlı rayonunun Orta Muğan kənd sakinləri, 2009-cu il təvəllüdlü Şərbətov Turqut Sahil oğlu, 1986-cı il təvəllüdlü Şərbətov Sahil Tahir oğlu, Seyidov Samir Mirhəşim oğlu, 2009-cu il təvəllüdlü Yusifzadə Xədicə Fuad qızı, 1985-ci il təvəllüdlü Yusifov Fuad İsmayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib.
Avtomobildə xəsarət alan hər 2 azyaşlı əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31