Şəhidin 3 yaşlı bacısı qızı faciəvi şəkildə öldü

Şabran rayonunun Çayqaraqaşlı kəndində bədbəxt hadisə baş verib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2020-ci il təvəllüdlü Abdulova Xədicə İsmət qızı kənd ərazisindən keçən su kanalına düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, X.Abdulova 2021-ci ildə şəhid olmuş Dövlət Sərhəd Xidmətinin kiçik giziri Fərid Alimovun bacısı qızıdır. O, Cəlilabad istiqamətində sərhəd pozucularının qarşısını alarkən aldığı güllə yarasından şəhid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31