Bakı sakini qətlə yetirildi
13 Oktyabr 2023 13:36 HadisəBakıda qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Olaylar.az-a bildirilib ki, oktyabrın 13-də saat 12:30 radələrində Bakı şəhərinin Sabuçu rayonu Bakıxanov qəsəbəsində 1988-ci il təvəllüdlü Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində olub.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31