Bakıda axtarışda olan şəxs təcridxananın qarşısında saxlanıldı

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin oğlu Zeynalov Bakı İstintaq təcridxanasının qarşısında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Bu barədə Olaylar.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsibdən məlumat verilib.

Qeyd olunub ki, Natiq Zeynalov Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31