Bakıda keçmiş məhkum evdən 16 min manatlıq oğurluq edib

Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Olaylar.az-a verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakıxanov qəsəbəsindəki evlərin birindən 12000 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş E.Əliyev müəyyən olunaraq saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31