2 mülki şəxs minaya düşdü, biri öldü

İşğaldan azad edilmiş ərazilərdə 2 mülki şəxs minaya düşüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, onlardan biri hadisə yerində ölüb, digər isə ağır xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb edilib, minaya düşən şəxslərin ərazidən çıxarılması istiqamətində işlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31