Velosiped oğrusu ələ keçib

Nərimanov rayonu ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlardan iki nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlardan iki nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31