Mobil telefon oğurlayan şəxs yaxalanıb

Nərimanov rayonu ərazisində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 6-da rayon ərazisində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş S.Gülmalıyev saxlanılıb. Araşdırmalarla onun Səbail rayonu ərazisində daha iki nəfərin mobil telefonunu oğurlaması da müəyyən olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31