Bankomatdan 1750 manat oğurladı
11 Oktyabr 2023 14:17 HadisəXətai rayonu ərazisindəki bankomatların birində pul oğurlayan şəxs yaxalanıb. DİN-dən "Olaylar"a bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki bankomatların birində Bakı şəhər sakininin 1750 manat pulunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş C.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31