Vətəndaşın cüzdanını oğurlayan şəxs saxlanıb

Sabunçu rayonu ərazisindəki mağazaların birində oğurluq edən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakıxanov qəsəbəsi ərazisindəki mağazaların birində Bakı şəhər sakininin içərisində 400 manatı və bank kartı olan cüzdanını oğurlamaqda və həmin kartdan hesabındakı 565 manatı çıxarmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Dəstəlizadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31