Bakıda qəza: Sürücü yola çıxan iti və qarşıdakı avtomobili vurdu - VİDEO
10 Oktyabr 2023 13:54 HadisəBakıda yüksək sürət və ehtiyatsızlıq ağır qəzaya səbəb olub.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, qəza anını əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdən aydın olur ki, sürət həddini yüksəldən avtomobil qarşıda hərəkətdə olan 99-HV-691 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı maşına çırpılıb.
Bununla bərabər, qəza törədən avtomobilin yolun sol hissəsindən qəfil hərəkət zolağına çıxan itə xəsarət yetirdiyi də ehtimal olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31