Güclü külək Sumqayıtda irigövdəli ağacları aşırıb
10 Oktyabr 2023 10:50 HadisəGüclü külək Sumqayıtda bir sıra fəsadlar törədib, iri gövdəli ağacları aşırıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, güclü küləyin təsirindən şəhərin 6, 8 və 9-cu mikrorayonlarında, eyni zamanda 14 və 42-ci məhəllələrində, Lüdviqşafen parkında irigövdəli ağacları kökündən qopararaq aşırıb. Ağaclardan biri həyətdə park edilmiş avtomobillərdən birinin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsi zərər görüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31