Bu şəraitdə süd istehsal edirmişlər - FOTO

Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, fiziki şəxs Seyfullayev Ravil Kazım oğluna məxsus süd tədarükü müəssisəsində plandankənar yoxlama keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Olaylar.az-a verilən məlumata görə, baxış zamanı müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub.

Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31