Bank kartından pulu oğurlayan şəxs ələ keçib

Bakının Yasamal rayonunda avtomobili qarət edən şəxs yaxalanıb. DİN-dən "Olaylar"a buildirilib ki, Yasamal RPİ 28-ci Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 6-da A.M.Şərifzadə küçəsində "Mercedes" markalı avtomobildən bank kartı oğurlamaqda və həmin kartdan hesabındakı 370 manatı çıxarmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Əkbərzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31