Bakı sakininin telefonunu ələ keçirən şəxs saxlanıb

Bakı şəhərində oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 8-də Bakı şəhər sakini M.Müslümovun mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini C.Quliyev saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31