Paytaxtda iki avtomobil yanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, İ.Nəbiyev küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən "Olaylar"a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaxınlıqdakı nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "Chevrolet Cruze" markalı minik avtomobilinin yanar hissələri və "Toyota Corolla" markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb. Yaxınlıqdakı park vəziyyətində olan digər avtomobillər yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31