Bakı şəhərində "Chevrolet Cruze" markalı avtomobil yanıb.
Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, 99-VG-326 dövlət qeydiyyat nişanlı avtomobilin söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi, həmçinin polis əməkdaşları cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31