Tik-tok.da millət vəkilinin adından “açıqlama” paylaşıblar - ÖZƏL

"Bu günlərdə Tik-tok.da və bəzi səhifələrdə mənim adımdan Xankəndində yaşayan ermənilərin pensiya yaşının 55-ə endirilməsi ilə bağlı mövcud qanunvericiliyə zidd olan  "açıqlama" paylaşıblar. Mən heç bir yerdə belə bir nüsahibə verməmişəm və mənim adımdan uydurulmuş  yazıdır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı deyib. Bildirib ki, belə bir saxta və montaj edilmiş məlumat tam qərəzlidir: "Bu insanlar görünür ki, şər və böhtan yaymaqdan  zövq alırlar. Sözsüz ki, bu cür uydurulmuş yazı tamamilə əsassızdır. Doğrudursa, səsimi də versinlər. Bu dərəcədə yalan xəbəri yayanların nə demək istədikləri aydındır. Cəmiyyətdə xoşagəlməyən, Azərbaycan ictimaiyyətində çox pis  qarşılanan belə saxta xəbərləri yayanlarla revanşist və separatçı ermənilərin, eləcə də  onları dəstəkləyənlərin məqsədi ilə tam eynidir. Bu insanlar tapşırıqları xaricdən, Azərbaycanın uğurlarını sevməyən və Azərbaycanofibiya xəstəliyi  olan qüvvələrdən, kim bilir bəlkə də Ermənistandan alırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31