Bakıda doqquzmərtəbəli binada YANĞIN BAŞ VERDİ
8 Oktyabr 2023 22:39 HadisəBakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 15 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 9 m² sahədə yanıb.
Olaylar.az xəbər verir ki. bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31