Avtomobillərini səkidə saxlayan sürücülər cəzalandırılıb

Avtomobillərini səkidə saxlayan sürücülərə qarşı reyd keçirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat yayıb.

Bildirilib ki, səkiləri zəbt edən avtomobillərin sürücüləri məsuliyyətə cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31