Masallıda bazarda baş verən yanğın söndürülüb - VİDEO (YENİLƏNİB)

Masallı şəhərində bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Olaylar.az xəbər verir ki, bu barədə FHN-dən xəbər verilib.

xxx

17:00

Xəbər verildiyi kimi, Masallı şəhərində bazar ərazisində yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub.

Olaylar.az xəbər verir ki, FHN Mətbuat xidmətindən verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

15:51

Masallı şəhərində yerləşən və Köhnə bazar adı ilə tanınan ticarət mərkəzində yanğın başlayıb.

Olaylar.az xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31