Abşeronda bədbəxt hadisə: daş karxanasında 43 yaşlı kişinin...

Abşeron rayonunda yüksəklikdən yıxılan fəhlənin bel fəqərəsi sınıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, rayonun Güzdək qəsəbəsində daş karxanaların birində fəhlə işləyən 1980-ci il təvəllüdlü Tağıyev Rövşən Vaqif oğlu ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31