DİN-in hərbi qulluqçusu azad edilən ərazidə minaya düşüb - RƏSMİ
5 Oktyabr 2023 18:27 HadisəOktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əlehinə minaya düşməsi barədə məlumat daxil olub.
Olaylar.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31