Ağcabədidə DƏHŞƏTLİ QƏZA: "Lada Priora" iki yerə bölündü - Ölən var - FOTO

Ağcəbədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 32-BE-883 Dövlət qeydiyyat nişanlı "LADA PRİORA" markalı minik avtomobili digər minik avtomobili toqquşması nəticəsində avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində bir nəfər Şəmkir rayon Seyfəli kənd sakini 1996-cı il təvəllüdlü Hüseynov Orxan Salman oğlu həyatını itirib. Şəmkir rayon Seyfəli kənd sakini 1983-cü il təvəllüdlü Məmmədov Emin Raquf oğlu və əlavə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31