Su çəni Lənkəran sakininin üzərinə aşıb
27 Sentyabr 2023 16:35 HadisəLənkəran sakini bədbəxt hadisə nəticəsində ölüb.
Olaylar.az "Report"-a istinadən bildirir ki, hadisə rayonunun Nərimanabad qəsəbəsində baş verib. Belə ki, 1988 - ci il təvəllüdlü qəsəbə sakini Elvin Taryel oğlu Əliyev ehtiyatsız davranıb və su çəni onun üstünə aşıb. Yaxınları onu xəstəxanaya çatdırmaq istəsəılər də E.Əliyev yolda ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31