Körpəni onlayn mağazada satışa qoydular
27 Sentyabr 2023 15:12 HadisəOlaylar.az lent.az-a istinadən bildirir ki, sentyabrın 2-də "Yula" onlayn mağazasında uşaq satışı ilə bağlı elan yerləşdirilib.
Qadın Novosibirskdə oğlan körpəsini satmaq üçün fotolarla birgə elan yerləşdirib. Ancaq alıcı tapılmayıb və hüquq-mühafizə orqanlarının nümayəndələri hərəkətə keçiblər.
Hazırda polis körpənin və qadının kimliyini araşdırır.
Faktla bağlı "İnsan alveri" maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31