Bərdədə partlayış oldu - Yaralılar var

Bərdədə çoxmənzilli yaşayıb binasında partlayış olub.

Olaylar.az xəbər verir ki, hadisə Bərdə rayonu, 866 saylı məcburi köçkün şəhərciyində qeydə alınıb.

Belə ki, qaz sızması nəticəsində mənzildə partlayış baş verib. Hadisə nəticəsində ər və arvad müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31