Bakıda qadının bank kartından 2000 manat oğurlanıb
26 Sentyabr 2023 12:36 HadisəBakı şəhər sakini olan qadının bank kartından hesabındakı 2000 manatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 7-də Bakı şəhər sakini olan qadının bank kartından hesabındakı 2000 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Şərifov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31