Bölgələrdəki xəstəxanalar hazır vəziyyətə gətirildi
26 Sentyabr 2023 10:55 HadisəXankəndidəki partlayışda yaralanan şəxslərə yardım məqsədilə Saatlı, Sabirabad və Ağdam xəstəxanaları hazır vəziyyətə gətirilib.
Bakıdan təcili olaraq onların müalicəsi üçün briqadalar göndərilib. Lakin son anda Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın mərkəzi orqanlarının köməyindən imtina ediblər.
Buna baxmayaraq, Azərbaycan hökuməti dünən lazımi dərmanları göndərib və bu gün də bu iş davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31