Kürdəmirdə partlayış oldu - Yaralılar var

Kürdəmirdə evdə partlayış olub.

Olaylar.az xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Bildirilib ki, qaz balonunun partlaması nəticəsində ər və arvad ağır yanıq xəsarətləri alıblar.

Onlar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti ağırdır, buna görə də müalicələrini Bakı şəhərində davam etdirmələri nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31