Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında yanğın baş verib.

Olaylar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 31 m² olan studio tipli 3 otaqlı mənzilin mətbəxində 2 p.m mebel və 4 ədəd məişət avadanlığı qismən yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 5 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31