Gəncədə univermaq binası çökməsi ilə bağlı FHN məlumat yaydı - YENİLƏNİB
21 Sentyabr 2023 11:48 HadisəBildirilib ki, FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.
Olaylar.az
***
11:43
Gəncə şəhərində ticarət mərkəzinin bir hissəsində çökmə olub.
Olaylar.az report-a istinadən xəbər verir ki, çökmə "Univermaq" binasında qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və adiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31