Astarada yolda torpaq uçqunu olub, körpü dağılıb - FOTO

Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib.

Olaylar.az APA-ya istinadən bildirir ki, Şağlazüzə kəndində yolda torpaq uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb. Nəqliyyatın hərəkəti dayanıb. Piyadalar kiçik yolla hərəkət edə bilir.

Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpü də dağılıb. Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gedişi çətinləşib.

Aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanıb. Vaqo körpüsü bərpa olunandan sonra Pensər - Şağlazüzə - Şamətük yoluna ağır texnikalar cəlb olunacaq.

Qeyd edək ki, ötən gün Astara rayonunun Vaqo kəndində sel sularının dağıtdığı, Pensər - Asxanəkəran-Toradi yolunu birləşdirən körpüdə təmir işlərinə başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31