"Azərenerji"dən Laçındakı ağır qəza barədə AÇIQLAMA - YENİLƏNİB
19 Sentyabr 2023 10:49 HadisəÖlkədə fəaliyyət göstərən informasiya saytlarında Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun Laçında ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların "AzərEnerji" ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb.
Məlumat olaraq bildiririk ki, hadisə nəticəsində həlak olanlar "Azərenerji" ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.
"AzərEnerji" ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir.
***
10:16
Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Olaylar.az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilibh ki, "Ural" markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları - Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.