ANAMA-nın avtobusu Laçında qəzaya uğradı - Yaralılar var

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb.

Bu barədə Olaylar.az-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində agentliyə məxsus avtobus qəzaya uğrayıb:

"Avtobusda olan agentliyin 3 əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər. Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31